Corab satdığı deyilən qazi ilə bağlı daha bir AÇIQLAMA - VİDEO

Sosial şəbəkələrdə qazi Vüqar Hüseynovun metro yaxınlığında corab satmasını iddia edən növbəti video yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərin “Neftçilər” stansiyasının yaxınlığında 141 saylı marşrutda qeydə alındığı deyilir. Qazinin xəstə övladının müalicəsinə görə pula ehtiyacı olduğu, məhz bu səbəbdən corab satdığı bildirilir.
İddialarla əlaqədar Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirib ki, Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu 2022-ci ildən müharibə veteranı kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqaüdlə təmin edilir: “Ona müharibədə aldığı xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi edilib.
.jpg)
Onun əlilliyinin qiymətləndirilməsi üçün Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciətlərinin hər birinə baxılıb. Sağlamlığında əlillik əlamətləri olmadığına görə müvafiq qərar verilib və özünə bu barədə ətraflı məlumat verilib.
V.Hüseynovun məşğulluğunun təminatı məqsədilə də müvafiq iş aparılıb. Özünüməşğulluq proqramı çərçivəsində ona qoyunçuluq təsərrüfatının qurulması məqsədilə qeydiyyatı aparılıb. Bildirilib ki, heyvanları saxlamaq üçün müvafiq şəraiti quracağı halda proqram çərçivəsində ona təsərrüfat qurulacaq” .
Qeyd edək ki, V.Hüseynovun daha əvvəl də əsa ilə metro çıxışında corab satmasını əks etdirən görüntülər yayılmışdı.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












