Cütlük övladlarını öldürüb 6 il zibil qutusunda və avtomobildə GİZLƏTDİ

ABŞ-ın Kolorado ştatında bir cütlük iki azyaşlı uşağı öldürüb və onların qalıqlarını altı il gizlədib.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Pueblo Chieftain" nəşri məlumat yayıb.
Polis uşaqlara aid sümükləri bir zəng sayəsində tapıb. Onlar 5 yaşlı İsaya və 3 yaşlı Yeseniyaya - Xesus Dominqesin uşaqlarına məxsus olub. Xesus uşaqları yeni partnyoru Korena Minyarezlə birlikdə böyüdürdü. Məhz Korena Minyarezin anası 2024-cü ilin yanvarında polisə zəng edərək betonla örtülmüş şübhəli konteyner və çürümə qoxusu barədə məlumat verib.
Polis araşdırma zamanı konteynerdə oğlan uşağının çürümüş qalıqlarını, avtomobildə isə qızın sümüklərinin olduğu çemodanı tapıb. Ekspertiza göstərib ki, uşaqlar 2018-ci ildə ölüblər. Cütlük bu illər ərzində avtomobildə uşaqların qalıqları ilə hərəkət edib. Xesus və Korena həbs olunublar.
Xesusun sözlərinə görə, Yeseniya 2018-ci ilin martında ölüb. Həmin gün o, uşaqları və qardaşı oğlunu məktəbdən götürürmüş. Yeseniya sürücü oturacağının arxasında, zibil torbasında otururdu, çünki altını islatmışdı. Xesus iddia edir ki, maşından çıxıb və qayıtdıqda qızın öldüyünü görüb. Onun bədənində Korena tərəfindən vurulmuş izlər olub, buna görə də həkimlərə və polisə müraciət etməyib, cəsədi anbara qoyub.
2018-ilin aprelində Xesusun oğlu da ölüb. Xesusun dediyinə görə, o da bacısı kimi maşında nəfəs darlığından ölüb. Cütlük onun sümüklərini avtomobilin baqajına qoyub və bir neçə il sonra maşını metal qırıntısı kimi təhvil verib. Polis uşaqların ailədaxili zorakılığın qurbanı olduqlarına əmindir. İstintaq davam edir.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












