Dedi ki, videonu "TikTok"da paylaşıblar" - Arvadının saçını qırxan şəxsin məhkəməsi - FOTO

Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş - təqsirləndirilən şəxsin həyat yoldaşı Pərvanə İsmayılova ifadə verib.
Pərvanə İsmayılova bildirib ki, Tamerlan Məmmədovla 3 il münasibətləri olub:
“Biz 5 iyul 2025-ci il tarixində rəsmi nikaha girmişik. Hadisədən 5 gün əvvəl Tamerlan mənə dedi ki, sənin rəqs edən videonu "TikTok"da paylaşıblar və silmək üçün 900 manat pul istəyirlər. Mən də ona dedim ki, pulum yoxdur, halal ərimsən, nə var burda? Amma bu video da təkcə Tamerlanın telefonunda idi. Sonradan məlum oldu ki, bu özü açıb o profili ki, məndən pul alsın, amma planı baş tutmadı. Bunun bu hərəkətini görəndən sonra mən də, əsəbləşdim onun ağlayan videosunu "TikTok"da paylaşdım. O,da həmin videonu görəndən sonra gəlib mənə hücum etdi. O, evdə oğlumu eyvandan atmaq istəyirdi. Uşaqım hadisəyə şahidlik edəndə çox pis vəziyyətdə idi. Tamerlan həbsxanadan mənə zəng edərək təhdid edib. Mənə dedi ki, burdan çıxanda bu səfər qulaqlarını kəsəcəm. Mənim həyatım təhlükədədi - mən ondan və onun ailəsindən çox qorxuram, onlar hər şey edə bilərlər. Mən dövlətimə güvənirəm və onun ən ağır cəza almasını istəyirəm”.
Zərərçəkmiş şəxsin övladı A.A-nın sözlərinə görə, hadisə onun gözü qarşısında baş verib:
“Anam çöldən gəldi və onun başını saç maşinkası ilə qırxdı. Mən onlara yaxınlaşmağa qorxurdum və evin qapısını açıb çölə çəxdım. Qonşuların qapısını döydüm ki, kömək etsinlər ancaq heç kim qapını üzümə açmadı. Sonra evimizə qayıtdım. Bu anda Tamerlan mənə doğru gəldi və mən qışqırmağa başladım, o da qapını açıb evdən qaçdı”.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında qeydə alınıb.
Belə ki, gecə saatlarında Pərvanə İsmayılovanın yaşadığı ünvanda həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Onun barəsində araşdırma aparılıb və cinayət işi başlanılaraq məhkəməyə göndərilib.
Nərimanov rayon Məhkəməsində Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət əməli sübuta yetirilərsə, onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO











