Dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində 12 nəfər yaralanıb

Hamburq polisi hesab edir ki, Hamburqun əsas qatar stansiyasında bıçaqlı hücumu törətməkdə şübhəli bilinən 39 yaşlı qadın təkbaşına hərəkət edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Hamburq polisi məlumat yayıb.
"Saxlanılan şəxs 39 yaşlı qadındır. İndiyədək daxil olan məlumata əsasən, onun təkbaşına hərəkət etdiyini güman edirik. İstintaq tam sürətlə aparılır", – məlumatda deyilir.
Öz növbəsində hüquq-mühafizə orqanlarının nümayəndəsi DPA agentliyinə bildirib ki, saxlanılan qadın milliyyətcə almandır. Onun ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün araşdırma aparılır.
Hadisə saat 18:05 radələrində (Bakı vaxtı ilə 20:05) 13/14 platformasında baş verib. “Bild” qəzetinin məlumatına görə, azı 12 nəfər xəsarət alıb. Əvvəlcə səkkiz nəfərin xəsarət aldığı deyilirdi, lakin sonra polis üç nəfərin vəziyyətinin ağır olduğunu, daha üç nəfərin ağır, altı nəfərin isə yüngül xəsarət aldığını bildirdi. Hadisənin baş vermə şəraiti və cinayətkarın motivləri hələlik müəyyən edilməyib.
Hazırda əsas stansiyada qatarların hərəkəti dayandırılıb. Ən yaxın küçələr bağlanıb. Hadisə yerində çoxlu sayda polis və fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.
Hamburq Mərkəzi Stansiyası Almaniyanın ən işlək nəqliyyat mərkəzlərindən biridir. Cümə günləri pik saatlarda çox vaxt burada çox sıx ola bilər. Hamburq Mərkəzi Stansiyasında və şəhərin ictimai nəqliyyatında silah, o cümlədən bıçaq gəzdirmək qadağandır. 2023-cü ildən əsas stansiyada mütəmadi olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları patrul aparırlar.
***
Almaniyanın Hamburq şəhərində yerləşən əsas dəmiryol vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində azı səkkiz nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti ağırdır. Almaniya Federal Polisi hadisədə şübhəli bilinən qadını saxlayıb.
Hamburq polisi şəhərin əsas qatar stansiyasında “böyük polis əməliyyatı” barədə məlumat verib.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












