Deponu taxtabiti basdı, reyslər ləğv olundu

Böyük Britaniyada “Southeastern” şirkətinə məxsus qatarlarda taxtabitilərin aşkarlanması səbəbindən bəzi reyslər ləğv edilib.
Avtosfer.az xarici mediaya istinadla bildirir ki, hadisə Şərqi Sasseksdə, Hastinqs yaxınlığında yerləşən “West Marina” deposunda qeydə alınıb. Həmin depo Londonla Kent arasında hərəkət edən qatar marşrutlarına xidmət göstərir.
Məlumata görə, əməkdaşlar çantalarında həşəratlar aşkar etdikdən sonra bəzi qatarlar xəttdən çıxarılıb. Maşinistlər yoluxmuş nəqliyyatda işləməkdən imtina ediblər və rəhbərliyin vəziyyətə kifayət qədər ciddi yanaşmadığını bildiriblər.
Sentyabrın 22-dən etibarən bir neçə qatar reysi ləğv olunub. Təkcə cümə günü ən azı üç reysin baş tutmadığı qeyd edilir.
İki maşinist kabinəsi sərnişin hissələrindən təcrid olunmaq üçün möhürlənib. Maşinistlərdən biri qoruyucu geyim tələb etsə də, ona belə vasitənin verilmədiyi bildirilir./lent.az
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












