Direktorun arvad-uşağını döydü - MAAŞ DAVASI

İmişlidə müəllim ilə məktəb direktorunun ailəsi arasında dava olub. Avtosfer.az “lent.az”a istinadla xəbər verir ki, hadisə rayonun Yeni Bəhramtəpə qəsəbəsində baş verib.
İttiham aktına görə, qəsəbədəki məktəbdə ingilis dili fənnini tədris edən müəllim 36 yaşlı Dünyamin Ataşov (ad və soyad şərtidir) davamlı olaraq işlədiyi məktəbin direktorundan əməkhaqqının niyə köçürülmədiyini soruşub. Bir gün yenə soruşanda direktor bezdiyini deyib və qonşuluqda yaşadıqları üçün görüşüb söhbət etməklərini təklif edib.
Direktorun evinin qarşısında söhbət zamanı tərəflər arasında mübahisə düşüb. Müəllim və direktor bir-birini təhqir ediblər. Bu zaman müəllim direktorun arvadının əlinə yumruqla, qızına isə taxta nərdivanla vuraraq xəsarətlər yetirib.
Hadisədən sonra zərərçəkənlər polisə şikayət edib və Dünyamin Ataşov saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, onun 2 dərs saatı direktorun adına yazıldığı üçün hər ay ona hesablama ilə 65 manat ödəniş edib. Sertifikasiya imtahanından kəsildiyi üçün müəllim kimi fəaliyyətinə xitam verilib.
Bu zaman direktor ona yenə 65 manat pul verib. Lakin Dünyamin etiraz edərək yay pulu ilə birgə vəsaitin daha çox olmalı olduğunu deyib. Direktor isə pulların hələ köçmədiyini bildirib. Beləcə, müəllimin əməkhaqqı məsələsi günlərlə uzanıb. Problem müəllimlə direktorun mübahisəsi və Dünyaminin 2 nəfərə xəsarət yetirməsi ilə yekunlaşıb.
Dünyamin Ataşov ifadəsində direktorun ailəsinin onu döydüyünü və hətta üz-gözünün qana bulaşdığını deyib.
Məhkəmənin hökmü ilə Dünyamin Ataşov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Lakin onun barəsində amnistiya aktı tətbiq olunub və o, cəzadan azad edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












