Dizel avtomobillərinin emissiya testlərini saxtalaşdırdı - Həbs olundu

Almaniyanın Braunşveyq şəhərindəki yerli məhkəmə “Volkswagen” şirkətinin dörd keçmiş rəhbər vəzifəli şəxsini dizel qalmaqalı ilə bağlı məhkəmə prosesində fırıldaqçılıqda təqsirli bilib. Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, dörd il davam edən mürəkkəb məhkəmə prosesinin sonunda həmin şəxslərdən ikisinə həbs, ikisinə isə şərti cəza verilməsi barədə hökm çıxarılıb. Sözügedən dizel qalmaqalı 2015-ci ilin sentyabr ayında ictimaiyyətə açıqlanmışdı. Belə ki, həmin vaxt ABŞ-da “Volkswagen”in dizel avtomobillərinin emissiya testlərini saxtalaşdırdığı üzə çıxıb və bu, dünya miqyasında böyük qalmaqala səbəb olmuşdu. Nəticədə şirkətin ozamankı rəhbəri Martin Vinterkorn istefa vermişdi. Qalmaqal “Volkswagen”ə indiyə qədər təxminən 33 milyard avroya başa gəlib. Martin Vinterkornun da adı ilkin mərhələdə məhkəmə prosesində yer alsa da, səhhətindəki problemlərlə əlaqədar onun işi ayrıca icraata götürülüb. Yetmiş səkkiz yaşlı sabiq rəhbərlə bağlı prosesin nə vaxt davam etdiriləcəyi hələlik məlum deyil. Hazırda Braunşveyq məhkəməsində dizel qalmaqalı üzrə daha dörd cinayət işi üzrə ümumilikdə 31 nəfər barəsində istintaq davam edir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












