Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı; bu cəza verildi

Bakıda dostunun bank kartından pul oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.
Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü Nurlan Şıxməmmədov (şərti soyadlı) kirayə qaldıqları evdə həm də otaq yoldaşı olan Saday Sadayovun telefonunda bank proqramının şifrəsini öyrənib. O, dostundan xəbərsiz onun “Redmi” markalı telefonunu götürüb və bank proqramına daxil olaraq 2020 manat pulu gizli şəkildə öz hesabına köçürüb. Bundan sonra evi tərk edərək qaçıb.
O, oğurladığı pullarla “Azpulmat”a olan kredit borcunu ödəyib, həmçinin özünə xərcləyib.
Saday polisə şikayət etdikdən sonra Nurlan barəsində cinayət işi başlanılıb.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə Nurlana 1 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və onun üzərinə elektron qolbaq yerləşdirilib./qafqazinfo
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












