Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1400 manat məbləğində pul vəsaitinin gizli şəkildə talanması ilə əlaqədar polisə şikayət daxil olub.
Avtosfer.az "Teleqraf"a istinadla məlumat verir ki, polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ə.Qasımzadə müəyyən edilərək saxlanılıb.
Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkən şəxs toy mərasimində iştirak edərkən pul vəsaiti çıxarması məqsədilə bank kartını yanında olan tanışına, yəni hazırda saxlanılan şəxsə təqdim edib.
Müəyyən edilib ki, Ə.Qasımzadə fürsətdən istifadə edərək kartda olan vəsaitin hamısını nağdlaşdırıb. Daha sonra o, oğurladığı məbləğdən toyda həm kart sahibinin, həm də öz adından pul yazdırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












