DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq

Özünü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçisi kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan S.Qurbanovaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət bir günə 2 hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. İş materiallarından məlum olur ki, S.Qurbanova öz qohumuna qarşı dələduzluq edib. O, qohumuna 2-ci qrup əlillik dərəcəsi düzəldəcəyini deyib. Qohumunu buna inandırma üçün özünü DSMF-nin əməkdaşı və "işlədiyi” qurumun yüksək vəzifəli şəxsləri ilə əlaqələrə malik şəxs kimi təqdim edib. Qohumu ona inanaraq işin düzəlməsi üçün hissə-hissə olmaqla S.Qurbanovaya 12 000 manat pul verib. Lakin sonradan aldadıldığını başa düşən zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib. S.Qurbanova saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmı prosesi zamanı S.Qurbanova verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, qohumundan faizə pul alıb və kiməsə əlillik dərəcəsi düzəldəcəyi barədə vəd verməyib. Sadəcə bu məsələ ilə maraqlanacağını bildirib. Bununla belə, məhkəmə S.Qurbanovanı təqsirli bilib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












