Dünən həbs edilən Fidanı bu gün məhkəmə azad etdi - FOTO

Dünən həbs edilən SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qızının anası Fidan Abbasova bu gün sərbəst buraxılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
Yuxarı instansiya şikayəti dərhal icraata götürüb və həbs qərarının əsassız olduğunu elan edib.
Hakim Fidanın atası tərəfindən qəbul edilməyən azyaşlı övladının olmasını da nəzərə alaraq, həbsdən imtina edilməsini qanunauyğun sayıb. Nəticədə, Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın 15 saat əvvəl çıxardığı qərar ləğv edilib, Fidan Abbasova dərhal həbsdən azad olunub.
Fidanın hüquqlarının müdafiəsinə isə tanınmış vəkil Ceyhun Yusifov qoşulub. Məhkəmə sonrası açıqlama verən vəkil ittihamı onsuz da qəbul etmədiklərini, şikayətlərinin qəbul ediləcəyinə inandıqlarını bildirib: “Əsas şikayətçi Orxan İsmayılzadə iddia edir ki, Fidan 9 il əvvəl ondan hədə-qorxu ilə 200 min manat alıb. Əgər belə hal olubsa, niyə 9 il ərzində bununla bağlı müraciət etməyib? Niyə məhz atalıqla bağlı məhkəmə qərarından sonra bu iddia ortaya çıxıb? Bu qədər ziddiyyətli və sübuta yetirilməmiş iddia əsasında şəxsin həbs olunması doğru deyildi. Nəticə etibarilə məhkəmə də yekunda bizim mövqeyimizi əsaslı saydı. Fidan bir gecəlik həbsdən sonra övladının yanına qayıdır. Şübhəsiz ki, ədalət hər zaman yerini tapır”.

Qeyd edək ki, Fidan Abbasova ilə İsmayılovlar ailəsi arasında uzun illərdir məhkəmə çəkişməsi davam edir. Məsələ ondan ibarətdir ki, Fidan Abbasova ilə Orxan İsmayılzadə bir müddət münasibətdə olublar və həmin münasibət dövründə bir uşaq dünyaya gəlib. Lakin O.İsmayılzadə uşağı qəbul etmir və səbəbi tibbi cəhətdən ata olmasının mümkün olmadığını iddia etməsi ilə əsaslandırır. Buna baxmayaraq, həm birinci instansiya, həm də apellyasiya məhkəməsi təqdim olunan sübutlar əsasında uşağın atasının Orxan İsmayılzadə olduğunu təsdiqləyib. Bununla bağlı son məhkəmə qərarı elə bir neçə gün əvvəl elan olunub.

Qusarda ƏMƏLİYYAT: Kəsici alətlə ictimai qaydaları pozan şəxs SAXLANILDI
Məşhurların olduğu təyyarə TƏCİLİ ENİŞ ETDİ
Ermənistan rəhbəri İkinci Qarabağ müharibəsində ölənlərin sayını bilmirmi?
Yasamalda maşın yandı; polislər söndürdü - VİDEO
Bakıda infarkt keçirən vətəndaşa belə kömək etdilər – VİDEO - YENİLƏNİB
Coşqun və Ucalın öldüyü mərkəz məşhur iş adamına məxsus imiş
Şəkidə həlak olanların ADLARI BİLİNDİ - YENİLƏNİB
Agentlik yolu təmir etdi; vətəndaşın evini su basdı – VİDEO
Bakıda ağac elektrik dirəyinin üzərinə aşdı: Yol bağlandı - VİDEO
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Qafqaz dağlarında 11 alpinist həlak oldu










