Elmiri vurub qaçan sürücünü anası BAĞIŞLAMADI - Məhkəmə zalında ... - FOTO

Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası törədən sürücü həbs edilib.
Avtosfer.az “Musavat.com”a istinadla xəbər verir ki, hadisə rayonun Kiçik Qaramurad kəndində baş verib. 2024-cü ilin mart ayının 21-də "KIA” markalı minik avtomobili yol kənarında dostu ilə hərəkətdə olan 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. 7-ci sinf şagirdi olan Elmir xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən 38 yaşlı Amil olub. Amil hadisə günü tanışları ilə kafedən gəlirmişlər. Sürücü içkili olmayıb.
Elmir dostu Hüseynəli ilə kənddə Novruz bayramı günü qalanılan tonqala baxmaqdan gəlirmiş. Elmir evlərinə çatmağa bir neçə metr qalmış maşınla vurulub.
Sürücü hadisə yerindən qaçıb. Maşını 400-500 metr aralıda saxlayıb. Sərnişinlər maşından düşüb hadisə yerinə qayıdıblar. Lakin Amil qorxduğu üçün oradan qaçıb. Amil geri qayıdaraq hadisə yerindən təkrar keçib. Bu zaman Elmirin anası və digər şəxslər ondan maşını saxlamasını, uşağı xəstəxanaya aparmalarını istəyiblər. Lakin Amil oradan qaçıb.
Amil məhkəmədə dindirilən zaman şokda olduğu üçün nə etdiyini bilmədiyini söyləyib. Əlavə edib ki, hadisə yerindən gedəndən sonra polisə təslim olub.
Mərhumun anası Amili bağışlamayıb. Deyib ki, övladını vuran sürücü hadisə yerində onları qoyub qaçdığı üçün heç zaman onu bağışlamayacaq.
Məhkəməni hökmü ilə Amil 5 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Amil məhkəmə zalında qandallanıb.

Elmir Nağıyev
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












