Əməliyyatdan sonra ölən qadınla bağlı AÇIQLAMA - YENİLƏNİB

"VMR" Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənov Gəncə şəhərində yerləşən "VMR Estetik" klinikasında kosmetoloji prosesdur icra olunduqdan sonra dünyasını dəyişən 1993-cü il təvəllüdlü G.Bayramovanın ölümü ilə bağlı detalları açıqlayıb.
V.Həsənov açıqlamasında bildirib ki, həmin qadın təxminən 10 gün əvvəl "VMR Estetik" klinikasında olub:
"G.Bayramova bizim estetik mərkəzdə kosmetoloji prosesdən keçib. Bizim klinikada yatmayıb və ölüm hadisəsi də başqa xəstəxanada qeydə alınıb.
Mən morqda oldum. Məlum oldu ki, o, ağciyərindəki su emboliyasından vəfat edib. Qadının ölümünün bizim klinikada keçirdiyi kosmetoloji proseslə əlaqəsi yoxdur", - deyə Vüsal Həsənov qeyd edib.
(unikal)
***
Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
***
Əldə etdiyimiz məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən "VMR Estetik" klinikasında baş verib.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












