Ərindən ayrılan üç uşaq anasını SEVGİLİSİ DÖYDÜ

Abşeron rayonunda kişi üç uşaq anası olan sevgilisini döyüb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Abşeron rayon sakini Aytən Azadova (soyad şərtidir - red.) ilə həyat yoldaşı arasında narazılıq yarandığından onlar bir evdə ayrı yaşamaq qərarına gəliblər. Həmin vaxtdan etibarən Aytən Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Təbriz Muradovla (soyad şərtidir - red.) tanış olur və onların arasında sevgi münasibəti yaranır. Təxminən 6 ildən sonra Aytənlə Təbriz arasında mübahisə başlayır və onlar mütəmadi dava edirlər. Sonuncu mübahisə zamanı Təbriz Aytəni döyür. O, qadının başını çarpayıya vurub, daha sonra isə ona şillə və təpik zərbələri endirib. Qadının şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəlib, T.Muradov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə T.Muradova "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunan amnistiya aktı tətbiq edilib və o, cəzadan azad olunub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












