Əsgər ölümü faktına görə həkim məsuliyyətə cəlb olundu - FOTO

"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işi üzrə məhkəmə baş tutub.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı məsuliyyətə cəlb edilən hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət işi üzrə bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib.
Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.
***13:23
"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. V.Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Xatırladaq ki, ötən ilin may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev hərbi hissəyə göndəriləndən üç gün sonra vəfat edib. İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.
Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












