Ev tikmək üçün 5 min manata icazə alan vəzifəli şəxs sərbəst buraxıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Bəxtiyar Həsənova hökm oxunub.
Avtosfer.az-ın “Qaynarinfo”ya istinadən məlumatına görə, Bəxtiyar Həsənov 2014-cü ildən 5 iyul 2024-cü il tarixədək Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məsləhətçi-mühəndis vəzifəsində çalışıb.
V.M. adlı şəxs Lökbatan qəsəbəsi ərazisindəkı torpaq sahəsində ev tikilməsinə icazə verilməsi üçün Bəxtiyar Həsənovdan kömək istəyib. O, V.M.-dan həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə görə İcra Hakimiyyəti tərəfindən razılıq verilməsi üçün 5.000 manat pul tələb edib. Zərərçəkmiş şəxs Bəxtiyar Həsənova xidməti otağında 5 min manat pul verib. Vəzifəli şəxs elə xidməti otağında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bəxtiyar Həsənov məhkəmədə ifadəsində deyib ki, həmin pulu aldıqdan sonra fərdi yaşayış evinin tikilməsinə razılıq verilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərindən bu məsələni həll etməsini xahiş etmək niyyətində olub. Aparılan araşdırma zamanı Bəxtiyar Həsənovun bu yolla xeyli şəxsdən pul alması müəyyən edilib.
Məhkəmənin qərarı ilə vəzifəli şəxs Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək tutulduğu və ev dustaqlığında qaldığı 3 ay 29 gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, nəzərə alınmaqla 5000 manat məbləğində cərimə edilib. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə dəyişdirilib.
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO
Boşanmaq üzrə olduğu arvadına silahla atəş açdı - VİDEO
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO










