Faciəvi şəkildə ölən qadın məktəb işçisi imiş... - FOTO

Gəncədə faciəvi şəkildə ölən Zümrüd Qurbanova məktəbdə işləyirmiş. Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, şəhərdə yerləşən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə texniki işçi kimi çalışırmış. Z.Qurbanova 1998-ci ildən sözügedən təhsil müəssisəsinin əməkdaşı olub. İş yoldaşları onu zəhmətkeş, sadə, səmimi insan kimi xatırlayırlar. Qeyd edək ki, mayın 5-də Gəncənin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb. Qəza zamanı 1961-ci il təvəllüdlü Z.Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












