Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…

Qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi.
Avtosfer.az xəbər verir ki, bu sözləri vəkil, professor Fərhad Mehdiyev qızının ölümü ilə bağlı qeyd edib.
"Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.
Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn kimi qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk.
Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil.
Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək”, - professor bildirib.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












