Festival qanla bitdi - 3 nəfər öldü

ABŞ-nin Sietl şəhərində keçirilən “Bite of Seattle” illik şəhər festivalında dəhşətli silahlı insident baş verib.
Avtosfer.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, naməlum şəxslərin atəş açması nəticəsində 3 nəfər həyatını itirib, 2 yaşlı uşaq da daxil olmaqla 5 nəfər yaralanıb.
Sietl meri Keti Uilson faciə ilə bağlı bir nəfərin saxlanıldığını bildirib. Şəhər hakimiyyəti əvvəlcə iki nəfərin saxlanıldığını açıqlasa da, daha sonra əlavə izahat vermədən bu məlumatı dəqiqləşdirib.
Sietl polisinin verdiyi məlumata görə, festival iştirakçılarına atəş açan iki nəfər olub. Polis rəisinin müavini Tayron Devis şübhəlilərdən birinin həbs edildiyini təsdiqləyib və atışmada iştirak edən ikinci şəxsin axtarışlarının davam etdiyini diqqətə çatdırıb. Cinayətkarların kimliyi barədə hələlik ətraflı məlumat verilmir.\\qafqazinfo.az
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












