Ffırtına nəticəsində 10 nəfər ölüb, onlarla insan xəsarət alıb

Pakistan əhalisinin sıx məskunlaşdığı Pəncab əyalətində fırtına olub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, fırtına zamanı köhnə və baxımsız binaların çökməsi nəticəsində 10 nəfər ölüb, daha 45 insan xəsarət alıb.
Qeyd edilir ki, təbii fəlakət bir sıra şəhərlərə güclü ziyan vurub. Pəncab əyalətinin Jelum, Lahor, Ravalpindi, Şeyhupura, Nankana Sahib, Sialkot, Mianvali şəhərləri təbii fəlakətdən ən çox zərər çəkib. Güclü külək Lahorun bir çox ərazilərində ağacları yıxıb, xeyli sayda evə, mağazaya və nəqliyyat vasitəsinə ziyan dəyib.
Dövlət orqanlarının nümayəndələri ölənlərin ailələrinə maddi yardım göstəriləcəyini bildiriblər. Karaçidən Lahora uçan, özəl aviaşirkətə məxsus FL-842 reysinin təyyarəsi eniş zamanı fırtına ilə üzləşib. Güclü külək səbəbindən eniş edə bilməyən təyyarə yenidən havaya qalxaraq Karaçiyə qayıdıb.
Pəncabda fövqəladə vəziyyət elan edilib. Hakimiyyət orqanları fırtınadan zərər çəkən bölgələrdə təcili tədbirlər görülməsini tapşırıb.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












