Füzuli xəstəxanasının israfçılıqda ittiham olunan vəzifəli şəxsləri barədə qərar verildi

"Füzuli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin israf etmədə təqsirləndirilən vəzifəli şəxsləri - Elçin Qurbanov, Natiq Şükürov, Səfər Bayandurov, Vasif İsmayılov və Aygün Nağıyevanın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, sözügedən şəxslərin cinayət işində təqsiri sübuta yetirilmədiyi üçün onlara bəraət verilib.
Qeyd edək ki, Füzuli Rayon Prokurorluğunda Füzuli Rayon Mərkəzi Xəstəxanasında israfetmə halları ilə bağlı araşdırma aparılıb. Araşdırmalarla qeyd olunan müəssisənin tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən PHŞ-yə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri - Elçin Qurbanov, Natiq Şükürov, Səfər Bayandurov, Vasif İsmayılov və Aygün Nağıyeva tərəfindən 2020-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin mart ayınadək olan dövr ərzində işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansında olan nəqliyyat vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. İttihama görə, onlar ayrılmış vəsaitdən 310 min manatı israf ediblər. İbtidai istintaq zamanı həmin şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı zamanı qətimkan tədbiri dəyişdirilməyib.
Təqsirləndirilən Elçin Qurbanov, Natiq Şükürov, Səfər Bayandurov və Vasif İsmayılov barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), Aygün Nağıyeva barəsində isə həmin məcəllənin 179.2.1-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 179.2.2-ci (təkrar törədildikdə) , 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












