"Gelandewagen" almaq istəyən xanımın başına iş gəldi - Sevgili oldu, 234 min verdi...

Külli miqdarda dələduzluqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, tanış olduğu xanımla sevgili olduqdan sonra əvvəlcə ondan borc pul istəyib. Sonra isə xaricdən "Gelandewagen” gətizdirəcəyini vəd edərək onun külli miqdarda pulunu ələ keçirib. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan şəxs 1991-ci il təvəllüdlü Nihad Əliyevdir. Nihad Əliyev Tamam adlı xanımla tanış olub. Bir müddət sonra onların arasında sevgi münasibəti yaranıb. Nihad Tamamdan əvvəlcə borca pul alıb. Onların tanışlığı maşınların icarəyə verildiyi salonda baş tutub. Tamam həmin salona icarəyə maşın götürmək üçün gedibmiş. Nihad da orada olub və özünü salonun sahibinin oğlu kimi təqdim edib. Nihad bir müdddət sonra Tamamın maşın almaq istəyini öyrənib. Ondan xaricdən avtomobil gətirmək adı ilə pul alıb. "Gelandewagen” almaq arzusunda olan Tamam hissə-hissə olmaqla 30 min manatdan çox pul verib. Uzun müddət keçsə də, maşın gəlməyib. Hətta Nihad bir dəfə də Tamama "Gelandewagen” şəkilləri ataraq maşının ölkəyə gəldiyini, depozit üçün pul verməli olduğunu deyib. Zərərçəkmiş Tamamın iddiasına görə, Nihada verdiyi borclar və əlavə pullarla birlikdə ona ümumilikdə 234 min manat ziyan dəyib. Nihad ifadəsində ittihamla özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə araşdırması zamanı məlum olub ki, Tamam Nihadı bağışlayıb. Buna səbəb isə Nihadın ailəsi tərəfindən ziyanın qarşılanması olub. Məhkəmənin hökmü ilə Nihad barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












