Gəlinlə bəy şadlıq sarayını məhkəməyə verdi - 200 min alacaqlar - VİDEO

Türkiyənin İzmir şəhərində qəribə olay yaşanıb. Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, Bayraqlı rayonunda yaşayan Feride və Şərəf Derin cütlüyünün 2023-cü il dekabrın 27-də baş tutan dəbdəbəli toy mərasimi kameralar vasitəsilə çəkilməyib. Cütlüyün vəkili Ebru Bilgenin verdiyi məlumata görə, toy zamanı salonda gəzən kameraman bütün mərasimi çəkdiyi təəssüratını yaradıb. Lakin toyun sonunda məlum olub ki, kameraman əslində heç bir düyməni basmayıb və mərasim boyu videogörüntü qeydə alınmayıb. Yaşadıqları ağır mənəvi sarsıntını dilə gətirən gəlin Feride Derin, "Toy günü bizim üçün bir dəfə yaşanır. Əlimizdə heç bir yaxşı görüntünün olmaması bizi çox sarsıtdı. İndi təkcə qohumların telefonları ilə çəkdiyi zəif görüntülərlə təsəlli tapmağa çalışırıq", - deyə bildirib.
Hazırda isə cütlüyün İzmir İstehlakçı Məhkəməsinə etdiyi müraciət öz müsbət nəticəsini verib. Məhkəmə, geri qaytarılması mümkün olmayan mənəvi itkini nəzərə alaraq, cütlüyün hər birinə 100 min lirə olmaqla, cəmi 200 min lirə mənəvi təzminat ödənilməsinə qərar verib. Vəkil Ebru Bilgen sosial mediada bu xəbəri paylaşdıqdan sonra bir çox insanın oxşar problemlərlə üzləşdiyini, lakin hüquqi yola əl atmadıqlarını gördüklərini qeyd edərək, cütlüklərə hüquqlarını tələb etmələri üçün çağırış edib.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












