Gəncədə maşınların utilizasiyası zavodunda yanğın: 3 avtomobil kül oldu - FOTO
Hadisə
9 May 2026 21:24

Gəncədə köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan şirkətin həyətində yanğın hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində müəssisənin çöl hissəsində utilizasiya üçün nəzərdə tutulan üç avtomobil və ərazidə toplanmış şinlər yanıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlanılıb.




Oxunub : 748
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
12 Noyabr 2026 11:36
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
10 Noyabr 2026 10:42
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
9 Noyabr 2026 23:30
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
9 Noyabr 2026 13:11
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
6 Noyabr 2026 18:30
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
6 Noyabr 2026 14:00
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
6 Noyabr 2026 11:14
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
6 Noyabr 2026 11:06
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
6 Noyabr 2026 10:44
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
ŞƏRH YAZ












