Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb - FOTO

Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyeva bir ildir bütün idman yarışlarından kənarlaşdırılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, 17 yaşlı idmançı hazırda heç bir yarışda iştirak edə bilmir.
Gülayın yarışlardan uzaqlaşdırılmasının səbəbi isə atası barəsində başlanmış cinayət işi ilə əlaqələndirilir. Vüsal Fərzəliyev bir il əvvəl bir qrup şəxslə birlikdə həbs olunub. Ona qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. Sonradan isə həmin əşyaların oğurluq olduğu üzə çıxıb. Özünü təqsirli hesab etməyən V.Fərzəliyev cinayət məsuliyyətinə cəlb edilib. 8 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb, indi isə məhkəmə araşdırması davam edir.
Gülay uzun illər ərzində atçılıq üzrə peşəkar hazırlıq keçərək müxtəlif fəndlərə yiyələnib. Bir il əvvələ qədər Dövlət Sərhəd Xidmətinin (DSX) Atçılıq Kompleksində hazırlaşaraq müxtəlif yarışlara çıxıb.
.jpg)
“Qafqazinfo” məsələ ilə bağlı Gülay Fərzəliyevanın özü ilə əlaqə saxlayıb. Çapar saytımıza açıqlamasından yarışlarda iştirak edə bilmədiyini təsdiqləyib və bundan çox məyus olduğunu bildirib: “Mən özüm Azərbaycanda qalmaq istəyirəm. Buna baxmayaraq, başqa ölkələrdən də mənə təkliflər var. Sadəcə atamın cinayət işinin idman fəaliyyətimə təsir etməsi məni narahat edir. Çünki hələ qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Proseslər tez-tez təxirə salınır, məhkəmənin neçə aya başa çatacağı da məlum deyil. Amma mən bu müddətdə yarışlardan kənarda qalmaq istəmirəm. Artıq yeniliklər öyrənmişəm. Əvvəllər at üzərində manevrlər edirdimsə, indi konkur idmanında özümü peşəkar idmançı hesab edirəm. İstəməzdim ki, hansısa bir iş ucbatından karyerama kölgə düşsün. Tutaq ki, atam axırda təqsirli bilindi. Burada mənim nə günahım var? Artıq neçə aydır işimdən uzağam. Yenidən qayıdıb-qayıtmayacağım da naməlumdur. Uşaqlıqdan illərimi idmana həsr etmişəm, hər günümü at çapmaqla keçirmişəm. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapacaq”.
Hazırda gənc idmançının əsas istəyi yarışlara qayıtmaq, turnirlərdə bacarıqlarını nümayiş etdirmək və yenidən Azərbaycan bayrağını qaldırmaqdır.
Məsələ ilə əlaqədar Azərbaycan Atçılıq Federasiyasına da sorğu ünvanlamışıq.
Qeyd edək ki, Gülay 4 yaşından at çapır. 9 yaşında olarkən DSX rəisi və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev onunla görüşüb, peşəkar məşqlərə cəlb olunması, lazımi avadanlıqla təmin edilməsi və məşq şəraitinin yaradılması barədə tapşırıq verib. O, çoxsaylı yarışlarda iştirak edib, birinci və ikinci yerləri tutub.


Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












