Günay Ağamalıdan ÜZÜCÜ XƏBƏR

“Bu gün çox kədərli bir xəbər aldım. Mənim əziz müəlliməm, həyat yolumda iz qoyan, zəhməti və qayğısı ilə yaddaşıma həkk olunan sevimli İradə müəllimə haqqın dərgahına qovuşdu”.
Avtosfer.az globalinfo.az-a istinadla xəbər verir ki, bunu deputat Günay Ağamalı deyib.
“Müəllim insanın taleyinə toxunan, gələcəyini formalaşdıran müqəddəs peşə sahibidir. İradə müəllimə öz biliyi, yüksək mənəviyyatı, xeyirxahlığı və şağırdlərinə olan sonsuz sevgisi ilə hər zaman seçilən insanlardan idi. İradə müəllimə bilik verməklə yanaşı, bizə həyatı, insanlığı, vicdanı və məsuliyyəti öyrədirdi.
Bu gün onu böyük ehtiram və minnətdarlıq hissi ilə anıram. Əminəm ki, İradə müəllimənin yetişdirdiyi minlərlə şagird onun əziz xatirəsini daim yaşadacaq, öyrətdiyi dəyərləri həyatlarında daşıyacaqlar.
İradə müəllimənin ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan sevimli və əziz müəlliməmə rəhmət diləyirəm.
Qəlbimdə daim yaşayacaqsınız peşəsini layiqincə, sevgiylə yerinə yetirən gözəl insan! Məkanınız cənnət, ruhnuz şad olsun nur üzlüm!”, – deyə o qeyd edib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












