Hərbçiləri partlatmağa çalışan qız saxlanılıb - Ukraynada

Ukraynanın Çerniqov şəhərində hərbçiləri blokpostda partlatmağa cəhd etməkdə şübhəli bilinən qız saxlanılıb. O, əsgərlərə “McDonald’s” yeməyi adı altında, burgerin içərisində gizlədilmiş əldəqayırma partlayıcı qurğu verib.
Avtosfer.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Çerniqov vilayəti polisinin məlumatına istinadən xəbər yayıb.
Hərbçilər təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək paketləri dərhal blokpostdan və insanlardan uzaq məsafəyə aparıblar. Məhz bu addım onların həyatını xilas edib. Çünki paketlərdən birindəki burgerin içərisində əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Şübhəli şəxs Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və prokurorluq əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Polisdən bildirilib ki, hazırda istintaq çərçivəsində zəruri prosessual tədbirlər davam etdirilir və saxlanılan şəxsə rəsmi ittihamın elan olunması məsələsinə baxılır. Hüquq-mühafizə orqanları iş üzrə əlavə təfərrüatların daha sonra açıqlanacağını bildiriblər.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












