Hərrac vədi ilə 65 minlik dələduzluq işinə dair QƏRAR VERİLDİ

Hərrac dələduzluğunda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən sonuncu iclasda dövlət ittihamçısı Lalə Həsənovanın 7 il 6 ay, Ceyhun Hüseynovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmalarını təklif edib.
Hər iki təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışları ediblər, müttəhimlər son söz deyiblər.
Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökm elan edilib, Lalə Həsənova 6 il, Ceyhun Hüseynov isə 7 il müddətinə həbs olunublar.
İttihama görə, Ceyhun Hüseynov tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, "Muğan Bank"da işləyən Ruslan adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çıxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd edib.
O, qarşı tərəfi həmin bankda depozit hesabında külli miqdarda pulu olduğu üçün qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə 1000 manat qazanc ödəyəcəyinə dair öhdəlik götürüb.
Ceyhun Hüseynovun vəkili iddia edib ki, təqsirləndirilən şəxsin tanışı olan Lalə Həsənova adlı qadın bir neçə şəxsdən pul götürərək qaytarmayıb. Həmin şəxslərə pulu C.Hüseynova verdiyini bildirib. Zərərçəkmişlər bu zaman Ceyhundan da şikayət ediblər. İstintaq zamanı müəyyən olunub ki, Ceyhun Hüseynov Lalə Həsənova adlı qadının pul aldığı şəxsləri tanımır, həmin adamlar pulu Lalə Həsənovaya veriblər.
Ceyhun Hüseynov və Lalə Həsənovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












