Heyvanlardan qazanc əldə edən “Bio Garden”də itlər acınacaqlı vəziyyətdədir - VİDEO

Şəki şəhərinin Öryət kəndində yerləşən “Bio Garden” eko-aqro turizm məkanında saxlanılan itlərin vəziyyəti narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, əraziyə səfər edən vətəndaşlardan biri itlərin saxlanma şəraitini gördükdən sonra çəkiliş apararaq görüntüləri qeydə alıb.
Kadrlardan görünür ki, “Husky”, “Golden” və digər cinslərə aid itlər dar qəfəslərdə, daşlıq ərazidə saxlanılır. Heyvanların baxımsız vəziyyətdə olduğu, bəzilərinin halsız göründüyü diqqət çəkir. Xüsusilə “Husky” cinsli itin bədənində mənşəyi məlum olmayan yaraların olduğu və heyvanın istidən əziyyət çəkdiyi görüntülərdən aydın olur.
Yaşıllığı, təbiəti və heyvanları ilə ziyarətçiləri cəlb edən, turizm fəaliyyəti çərçivəsində gəlir əldə edən belə bir məkanda heyvanların bu şəraitdə saxlanılması ciddi suallar yaradır. İnsanların istirahət və təbiətlə təmas üçün üz tutduğu bir yerdə heyvanların dar qəfəslərdə, daşlıq sahədə və baxımsız vəziyyətdə saxlanılması qəbuledilməz mənzərədir.
İtlər sadəcə ziyarətçilərin marağını cəlb etmək üçün qəfəslərdə nümayiş etdiriləcək canlılar deyil. Onların hərəkət etmək, uyğun şəraitdə yaşamaq, vaxtında qidalanmaq və baytarlıq yardımı almaq ehtiyacları var.
Turizm məkanlarının fəaliyyəti yalnız ziyarətçilərdən gəlir əldə etməklə məhdudlaşmamalı, ərazidə saxlanılan heyvanların sağlamlığına ilk növbədə məsuliyyətlə yanaşılmalıdır. Heyvanların bu cür şəraitdə saxlanılması ilə bağlı görüntülərin aidiyyəti qurumlar tərəfindən araşdırılması, onların vəziyyətinin qiymətləndirilməsi və lazımi tədbirlərin görülməsi vacibdir.
Nərmin
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












