İbrahim Tatlısəs 4 milyon dollarlıq dələduzluqla üzləşib

4 milyon dollarının dələduzluq yolu ilə əldən verildiyini və bu bundan sonra daha ehtiyatlı olduğunu iddia edən İbrahim Tatlıses açıqlamasında "Pulum heç vaxt tükənmir, sadəcə azalır" deyib.
Avtosfer.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, məşhur sənətçi İbrahim Tatlıses İzmirdəki evinin qapısnı Kanal D-də Asiye Acarın aparıcılığı ilə keçirilən "Pazar Gezmesi" proqramında açıb. Tatlıses İstanbuldan ayrılmasının səbəbini, İzmirdə keçirdiyi vaxtı və ailəsindəki fikir ayrılıqlarından danışıb.
İstanbuldan köçmək qərarını "Vəfasızlıq gördüm" sözləri ilə izah edən Tatlıses, İzmirdə də rahat olmadığını bildirib. 4 milyon dollarlıq fırıldaqla aldadıldığını deyən sənətçi, yaşadığı çətinlikdən sonra indi daha ehtiyatlı olduğunu bildirib. "Mən şəfqətliyəm, amma vicdanım müəyyən şeyləri etməyə icazə vermir" deyərək Tatlıses, "Pulum heç vaxt tükənmir, sadəcə azalır" sözləri ilə qətiyyətli mövqeyini vurğulayıb.
Tatlısəs ailə üzvlərinə qarşı da şikayətlərini dilə gətirib. "Qohumların bir-birinə etdiyini əqrəb belə etməz" ifadəsini istifadə edən sənətçi oğlu Əhməd Tatlının Manisada beş mənzil satdığını, lakin bacı-qardaşlarına pay vermədiyini iddia edib. Qızı Dilan Çitak haqqında isə o, narazılığını bölüşərək deyib: "Problemlə üzləşəndə “Mən İbrahim Tatlısəsin qızıyam” deyir, amma çətinlik çəkməyəndə “Mən onu tanımıram” deyir".
İzmirin Narlıdere rayonundakı lüks bir kompleksdə Tatlısəsin mənzilinin yerləşdiyi binada bu yaxınlarda böyük bir yanğın baş verib və 168 mənzildən 40-na ciddi ziyan dəyib. Həmin vaxt İstanbulda olan Tatlısəs birbaşa təsirlənməyib. Evinin tamamilə təmir edildiyini deyən sənətçi, yanğında məhv olan 15 banka turşuya ən çox üzüldüyünü bildirib. Turşuya olan sevgisini təsvir edən Tatlısəs, mətbəxindəki turşuları və sağlam qidaları ilə də diqqət çəkib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












