"İdrak" liseyində müəlliməni güllələyən şagirddən XƏBƏR VAR

Bakıda "İdrak" liseyində müəllimi güllələyən yeniyetmə ev dustaqlığına buraxılmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur.
Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun anket məlumatlarında qeyd edilib ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. Yeniyetmə hakimin sualına cavab olaraq bildirib ki. "İdrak" liseyində 10 cu sinifində oxuyub.
Məhkəmədə o elan edilib ki, yeniyetmənin anası məhkəmə prosesində onun qanuni nümayəndəsi qismində iştirak edir.
Yeniyetmənin vəkili Rəşad Mirmehdizadə məhkəmədə vəsatət qaldıraraq ki, məhkəmə baxışını qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.
O qeyd edib ki, yetkinlik yaşına çatmayan şəxs bağlı
Daha sonra vəkil müdafiə etdiyi yeniyetmə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.
O deyib ki, yemitmetə hadisəni törədən zaman məsələnin mahiyyətini başa düşməyib, peşmandır:
"Həmçinin zərərçəkmiş şəxslə qanuni qaydada barışıq əldə edilib. Yaşadığı yerdən arayış təqdim edilib. İngiltərədə kurs keçib, diplomlar və nailiyyətləri var. İdrak liseyində ingilis dilindən tərcüməçi kimi tədbirlərdə iştirak edib. Özünü saxlandığı yerdə müsbət aparır. İnternetdən və orada olan oyunlardan təsirə düşüb. Bir boşluğa düşüb. Ailəsi də bu hadisəni normal qəbul etmir. Sadəcə püxtələşmiş dövründə bir boşluğa düşüb. Bunun nəticəsində belə bir hadisə baş verib. Xahiş edirik ki, indiki mərhələdə barəsində həbs qətimkan tədbiri dəyişdirilsin".
Zərərçəkmiş şəxsin nümayəndəsi də təqsirləndirilən şəxsin qaldırdığı vəsatətə etiraz etməyib.
O bildirib ki, tərəflər arasında barışıq var:
"Bu səbəbdən təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına etiraz etmirik".
Məhkəmə tərəfindən təmin edilməyib.
Məhkəmə baxışı iyulunn 1-ə təyin edilib.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












