İki dəfə sərxoş tutulan sürücünün 83 minlik maşını hərracda satılacaq – SƏRT QƏRAR

Rusiyada sərxoş sürücünün 4.5 milyonluq avtomobili müsadirə edilərək hərraca çıxarılacaq. Avtosfer.az xəbər verir ki, paytaxt Moskva küçələrində "Land Rover Discovery" markalı lüks avtomobili ilə təhlükəli manevrlər edən sürücü polisin "dayan" əmrinə tabe olmayıb və asayiş keşikçiləri tərəfindən saxlanılıb.
Polis əməkdaşları sürücünün sərxoş olduğunu hiss edərək ondan tibbi müayinədən keçməyi tələb etsələr də, Kirill bundan qəti şəkildə imtina edib. Mövcud qanunvericiliyə əsasən, tibbi müayinədən imtina etmək sürücünün avtomatik olaraq sərxoş qəbul edilməsi deməkdir.
Araşdırma zamanı məlum olub ki, bu, Kirillin ilk qayda pozuntusu deyil. O, daha əvvəl də bənzər əmələ görə sürücülük hüququndan məhrum edilib və həmin cəza müddəti hələ başa çatmayıb. Sürücülük hüququ olmadığı halda yenidən sükan arxasına sərxoş əyləşdiyi üçün onun barəsində cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Təhqiqatçı cinayət işi üzrə hökm çıxarıldıqdan sonra nəqliyyat vasitəsinin dövlət xeyrinə müsadirə olunmasını təmin etmək məqsədilə məhkəmədən avtomobilin üzərinə həbs qoyulmasını xahiş edib.
Maraqlı məqam budur ki, sözügedən "Land Rover" rəsmi olaraq təqsirləndirilən şəxsin xalasının adına rəsmiləşdirilibmiş. Lakin faktiki olaraq avtomobili yalnız Kirill idarə edib.
Hüquqi qaydalara əsasən, əvvəllər sürücülük hüququndan məhrum edilmiş şəxs yenidən sərxoş halda yaxalanarsa, idarə etdiyi avtomobil başqa bir şəxsin adına olsa belə (əgər birgə istifadə edildiyi sübuta yetirilərsə), dövlət tərəfindən müsadirə oluna bilər.
İşin materiallarını araşdıran hakim "Land Rover" markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərar çıxarıb. Yaxın günlərdə məhkəmə Kirilli təqsirli bilsə, onun 4,5 milyon rubl (təxminən 83 min manat) dəyərindəki avtomobil müsadirə edilərək hərrac vasitəsilə satışa çıxarılacaq.
Namiq Musayev
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












