İran ABŞ-nin hava bazasına zərbə endirib

İran Bəndər-Abbas yaxınlığındakı hücuma cavab olaraq ABŞ-nin aviabazasına zərbə endirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib. "ABŞ-nin istənilən növbəti hücumlarına daha qətiyyətli cavab veriləcək", - SEPAH-ın bəyanatında deyilir.
SEPAH vurğulayıb ki, Vaşinqton nəticələrə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, daha əvvəl "Reuters" mənbələrə istinadən ABŞ-nin İranın hərbi obyektinə zərbə endirdiyini xəbər verib. Məlumata görə, ABŞ İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib. Zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.
ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. İran öz növbəsində Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












