İran təyyarəsinə görə öz hava limanlarına zərbə endirdilər

Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq üçün üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan Səna şəhərinin beynəlxalq hava limanının uçuş-eniş zolağına zərbə endirib.
Avtosfer.az Yəmən dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“İran rejimi tərəfindən dəstəklənən husilərin terror birləşmələri Yəmən milli aviaşirkətinin paytaxt Sənanın hava limanına enməsinə qadağa qoyub və İran təyyarəsinin Yəmən ərazisinə müdaxilə etməsini tələb edib, buna görə də hava limanının uçuş-eniş zolağı zərbəyə məruz qalıb”, - nazirliyin açıqlamasında bildirilib.
Zərbədən az əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyə edilməsinə çağırıb və vətəndaşları obyektə yaxınlaşmamaq barədə xəbərdar edib. Nazirlik ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarənin qarşısını almağa hazır olduğunu vurğulayıb və bu tədbirlərin milli suverenliyin qorunmasına yönəldiyini qeyd edib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












