İş yoldaşına borc verdi; pulunu istəyəndə DÖYÜLDÜ

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib.
Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib.
Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə günə qaytaracağına söz verib. Mahir də onun sözünü yerə salmayıb və ona borc verib.
Hadisədən xeyli müddət keçməsinə baxmayaraq, Mahir bir neçə dəfə Akifdən pulunu istəsə də, o, vaxt istəməklə prosesi uzadıb. Çarəsiz qalan Mahir Akifin tanışları vasitəsilə ona xəbər göndərib və pula ehtiyacının olduğunu deyib. Bir gün sonra axşam saatlarında Mahir qohumugildən gələrkən Akif qəfil ona hücum edib və onu döyüb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Akif saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmədə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişə dəymiş ziyan ödənilib və cinayət işinə xitam verilib.\\oxu.az
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO
Sərxoş qadına maşın verdi, sürücülük vəsiqəsindən oldu
Sükan arxasında yuxuya gedən sürücü faciənin bir addımlığından döndü - VİDEO
Motosikletin qabağına qaçan kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO












