İki qadın tuneldə bir-birinə yol verməməkdə inad etdi, tıxac yarandı - VİDEO

Türkiyənin Manisa şəhərində maraqlı və eyni zamanda düşündürücü yol hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, şəhərdəki bir tuneldə qarşı-qarşıya gələn iki qadın sürücü bir-birinə yol verməkdən imtina edib. Hər iki sürücünün inadkarlığı səbəbindən nəqliyyatın hərəkəti dayanıb və tuneldə uzun tıxac yaranıb.
Ərazidə olan digər sürücülər vəziyyəti yoluna qoymağa çalışsalar da, qadınlar geri çəkilməyə razı olmayıb. Anlaşmazlıq səbəbindən avtomobillərin hərəkəti bir müddət mümkünsüz olub. Nəhayət, tərəflərdən biri yol verməyə qərar verib və hadisə “sülhlə” yekunlaşıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş şəkildə yayılıb və izləyicilər arasında müxtəlif reaksiyalara səbəb olub. Bəziləri qadın sürücülərin davranışını tənqid etsə də, bəziləri bunu yumorla qarşılayıb. Mütəxəssislər isə bildirirlər ki, belə vəziyyətlərdə yol hərəkəti iştirakçıları bir-birinə anlayış göstərməli və etik davranış nümayiş etdirməlidirlər.
Eltac Zülfüqaroğlu
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO












