Kəlbəcərdə sərxoş çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi

Kəlbəcərdə çoban arıçı sahibkarlara silahla hücum edib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə Kəlbəcər rayonunun Qazıxanlı kəndi ərazisində yerləşən meşəlik sahədə baş verib. Orada fərdi təsərrüfatda çoban işləyən Mehman Səlimov yaşadığı çadırda həddindən artıq spirtli içki qəbul edəndən sonra çomaqla ərazidə arıçılıqla məşğul olan fermerlərə hücum edib. O, təsərrüfat sahiblərini təhqir edərək, onlara tərəf gedərkən arxda yıxılıb və sifət nahiyəsindən xəsarətlər alıb. Mehman həmin vəziyyətdə çadıra qayıdarkən onunla birlikdə çoban işləyən oğlu Tural Səlimov bunu görüb və atasının fermerlər tərəfindən döyüldüyünü zənn edib. O, çadırdan ov tüfəngini götürərək atəşə hazır vəziyyətdə fermerlərin üstünə hücum edib. Tural silahı fermerlərdən birinə tuşlayaraq atəş açmaq istəyərkən ərazidə olan fermer qadınlardan biri ona yaxınlaşaraq, onun atasını heç kimin döymədiyini, atasının sərxoş vəziyyətdə yıxıldığını bildirib. Tural atəş açmaq fikrindən yayınıb və həmin qadınla birlikdə atasının olduğu çadıra gəlib. Məlum olub ki, atasını həqiqətən də heç kim vurmayıb və o özü yıxılıb. Bundan sonra Tural qadından üzr istəyərək onu yola salıb.
Hadisə nəticəsində Turalın tüfənglə nişan aldığı şəxs qorxudan epilepsiya keçirib və huşunu itirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb. Kəlbəcər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişin razılığı ilə təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












