Klub prezidentinin oğlunun 1 milyonluq maşını yandı – ANBAAN VİDEO

Türkiyənin İstanbul şəhərinin Eyüpsultan rayonunda bazar dəyəri təxminən 20 milyon lirə (880 min manat) olan lüks avtomobil alovlanaraq tamamilə yanıb. Hadisə Hasdal-Kemerburqaz yolunda baş verib və həmin anlar saniyə-saniyə kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, 34-CAA-08 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Celal Alaz Adalı maşının mühərrik hissəsindən alov qalxdığını gördükdən sonra avtomobili dərhal yolun kənarında saxlayıb. Sürücü yanğınsöndürən balonla alova müdaxilə etməyə çalışsa da güclü alov avtomobili qısa müddətdə tam bürüyüb.
Əraziyə dərhal xilasedicilər və polis əməkdaşları cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov söndürülüb, lakin avtomobil tamamilə yararsız hala düşüb.
Araşdırmalar nəticəsində məlum olub ki, avtomobilin sürücüsü Türkiyənin məşhur iş adamı və "Beşiktaş" klubunun hazırkı prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalıdır. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Lüks avtomobilin alov içində yandığı anlar hadisə şahidləri tərəfindən mobil telefonla lentə alınıb və sosial mediada geniş yayılıb.
Eltac Zülfüqaroğlu
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO












