Mağazadan 100 min manat dolu çamadan oğurlandı - HADİSƏ ANI - VİDEO

Ölkənin böyük riteyl şəbəkələrindən olan "Kontakt"da müəmmalı hadisə baş verib. Avtosfer.az BakuTV-yə istinadən xəbər verir ki, mağazadan içərisində 100 000 AZN pul olduğu iddia edilən çamadan naməlum şəxs tərəfindən aparılıb. Sosial şəbəkədə yayılan görüntülərdə gənc bir oğlanın bir müddət stendin ətrafında dolandığı, əlverişli məqam yaranan kimi isə çamadanı götürərək sürətlə hadisə yerindən uzaqlaşdığı əks olunub. İddialara görə, çamadan "Qoşa seç, 100 000 AZN-dək apar" kampaniyasına görə elə mağazada - kampaniya stendinin yanında sərgilənirdi. Hələlik hadisənin təfərrüatı və çamadanı aparan şəxsin kimliyi barədə rəsmi məlumat yoxdur. Mağazanın daxili təhlükəsizlik kameralarından sızan digər görüntülərdə isə mühafizə xidmətinin hadisə anını təhlil etdiyi eşidilir.
Hadisə ilə bağlı videogörüntüləri sizinlə paylaşırıq:
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












