Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi

Azərbaycanda dələduzluqda təqsirli bilinən şəxs onu ittiham edən prokuroru məhkəməyə verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusi ittiham qaydasında şikayət olunan Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyovdur.
Xüsusi ittihamçı Vaqif Aliyev şikayətində yazır ki, rayon prokuroru ağır cinayət əməlinin törədilməsi barədə ittiham aktını imzalamaqla ona böhtan atıb. Külli miqdarda dələduzluqdan bəhs edən ittiham sonradan məhkəmənin açıq iclasında elan olunub ki, bu da onun işgüzar nüfuzuna xələl gətirib, şərəf və ləyaqətini alçaldıb. Həmçinin bu cinayətlə ona 150 min manat maddi, 13 milyon manat mənəvi zərər dəyib.
Şikayətçi hesab edir ki, prokuror bu hərəkəti ilə böhtan xarakterli cinayət törədib, bu səbəbdən ona qanunvericiliyə uyğun cəza verilməlidir.
Məhkəmə işlə tanış olduqdan sonra şikayəti həm maddi-hüquqi, həm də prosessual-hüquqi baxımdan əsassız hesab edib.
Hakim qərarını belə əsaslandırıb ki, prokuror ittiham aktını təsdiqləməklə öz vəzifə borcunu yerinə yetirib, aktda yalan məlumatın olmasını təsdiqləyən dəlil yoxdur, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Əliyev eyni ittihamla təqsirli bilinib. Qeyd olunanlara əsasən şikayət ilk iclasda icraata qəbul edilməkdən rədd edilib.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












