Məhkəmə otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxslə bağlı qərar verdi

Bakıda kirayədə bir qaldığı otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhddə təqsirləndirilən İbrahim Əliyevin məhkəməsi yekunlaşıb.
Avtosfer.az-ın "Unikal"a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, İbrahim Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İstintaqla müəyyən edilib ki, İbrahim Əliyev əvvəllər 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkumluğu olub.
O, otaq yoldaşı Cəfər Vəliyevə aralarında mübahisə yaranıb və onu 16 bıçaq zərbəsi ilə xəsarət yetirib.
Belə ki, Cəfər Vəliyev ondan idman alətlərimi götürməyini istəyi. Birinci buna görə narazılıqları düşüb. Daha sonra İbrahim Əliyev Tiktokda uca səslə kliplərə baxıb. Zərərçəkmiş ondan səsini azaltmağını tələb edib və sonra təqsirləndirilən şəxsin yaxasından yapışıb. Zərərçəkmiş Cəfər Vəliyev ona yumruq zərbələri vuranda İbrahim Əliyev də ona ardıcıl bıçaq zərbələri vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












