Məhkəmə "özünü tanımayan" vətəndaşı HƏBS ETDİ

Bakıda başqasının evinə girib qışqır-bağır salan şəxs həbs olunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Naməlum şəxs evlərdən birinin həyətinə daxil olaraq "bura mənimdir" deyərək bağırmağa başlayıb. Qorxuya düşən ev sahibi bu barədə polisə məlumat verib. Həmin şəxs saxlanılaraq, 13-cü Polis Şöbəsinə aparılıb. Məlumata görə, saxlanılan adam burada da sakit dayanmayıb və polisin qanuni tələbinə məhəl qoymayıb.
Şöbədə onun barəsində tərtib olunan protokollar baxılması üçün məhkəməyə göndərilib. İşin maraqlı tərəflərindən biri də məhkəmədə yaşanıb. Belə ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə zalında özünü normal aparmayıb, çölə çıxıb və özünü də tanımadığını deyərək ifadə verməkdən imtina edib.
Məhkəmənin qərarı ilə həmin şəxs 15 gün müddətinə həbs edilib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












