Məhkəmə sədrindən oğlunun ailəsindəki faciə ilə bağlı AÇIQLAMA: "Özləri bilər, bir də ..."

Bir neçə gün əvvəl Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşını bıçaqlayaraq öldürdükdən sonra yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar etdiyi iddia olunur.
Avtosfer.az xəbər verir ki, Manset.az-a açıqlama verən Abbas Əliyev hazırda vəziyyətinin yaxşı olmadığını bildirib.
“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər”, - məhkəmə sədri qeyd edib.
Qeyd edək ki, hadisə yanvarın 25-də baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, E.Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












