Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”

Hakimin son söz üçün vaxt verdiyi Respublika Perinatal Mərkəzinin eks-direktoru Mehriban Abasquliyeva məhkəməyə qayıtmayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, vəkil deyib ki, fasilə zamanı müvəkkilinin səhhəti pisləşib və o, təcili olaraq xəstəxanaya çatdırılıb.
Hakim Leyla Əsgərova Məmmədova isə bu məlumatın dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinə və təqsirləndirilən şəxsin yerləşdirildiyi deyilən tibb müəssisəsinə sorğu göndəriləcəyini deyib.
Hakim əlavə edib ki, məhkəmədən qəsdən yayınma halı müəyyən ediləcəyi halda təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz oluna bilər. O, bu xəbərdarlığın birbaşa Mehriban Abasquliyevaya çatdırılmasını da tələb edib.
Gözlənilməz vəziyyət yarandığından sonuncu proses sabahadək təxirə salınıb.
Xatırladaq ki, M.Abasquliyeva Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı ittiham edilir. O, bu gün məhkəmədə son söz deməli idi, lakin hazır olmadığından hakim hazırlaşmaq üçün eks-direktora 14:00-a kimi vaxt vermişdi. Bundan əvvəlki prosesdə prokuror Abasquliyevanın 8 il həbs edilməsini tələb etmişdi.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












