Məktəb direktoru bıçaqlanma işi ilə bağlı məhkəmədə dindirildi

Orta məktəbdə şagirdlər arasında baş vermiş bıçaqlanma hadisəsində təqsirləndirilən Sərvan Sadıxlının (ad, soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə 306 № li tam orta məktəbin direktoru Gültəkin Ədilova şahid qismində ifadə verib:
"Prosesdə iştirak edənlərin hamısı bizim məktəbin şagirdləridi. Təqsirləndirilən şəxsin təlim nəticələri zəif olduğu üçün sinifdə qalıb. O, narahat uşaq idi, dava dalaşları var idi, dərslərini yaxşı oxumurdu. Əslində 9-cü sinifdən artıq çıxmalı idi, lakin anası bizdən çıxarıb 274 nömrəli orta məktəbə apardı. Onun bizim məktəbdə sevdiyi qız var idi. Zirzəminin pəncərəsini çıxarıb məktəbə keçmişdi. Daha sonra bununla bağlı narazılıq yarandı və atasına bildirdik. Günlərin bir günü yenə də mənə deyildi ki, Sərvan (red-ad şərtidir) məktəbə icazəsiz keçib. Otağıma gətirildi və biz yenə onunla bağlı narazılığımızı bildirdik. Sonra eşitdim Sərvan bizim şagirdlər Ənəs və Fuadla dalaşıb. Bunların davasının qarşısını aldım. Mən Sərxan bildirdim ki 102-yə yığıb səndən şikayət edəcəyik. Valideynlərinə xəbər etdik. Onun belə olmasında anasının günahı var, atası amma yaxşı insan idi. Daha sonra Sərxan dərsdən sonra Ənəs və İslamla dalaşaraq ona bıçaq vurur".
Məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən yeniyetməyə qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO












