Məşhur avtomobil markasının zavodu KÜLƏ DÖNDÜ

Rusiyanın Kaluqa şəhərində yerləşən keçmiş Volkswagen zavodunun ərazisində yanğın qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, Regional Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi RİA Novosti agentliyinə bildirib ki, yanğın barədə məlumat Kaluqa şəhəri, Avtomobil küçəsi, 1 ünvanından daxil olub.
“Yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub”, – deyə qurumun nümayəndəsi qeyd edib. Yandex Maps-in məlumatına görə, sözügedən ünvan hazırda AGR Automotive Group-a məxsus olan və keçmiş Volkswagen zavodu kimi tanınan AGR zavodunun ərazisidir. SHOT Telegram kanalının yaydığı məlumata əsasən, yanğın köpük təkrar emalı üçün nəzərdə tutulmuş avadanlıqda başlayıb. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə özləri təxliyə olunublar. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur. Avtomobil küçəsində yerləşən binada baş verən yanğın təxminən 4 000 kvadrat metr ərazini əhatə edir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir, qonşu ərazilərdən əlavə yanğınsöndürmə briqadaları cəlb olunub (Ajans.az).
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












