Məşhur müğənni ilə oğlu arasında qalmaqal - MƏHKƏMƏYƏ MÜRACİƏT

Ustad sənətkar İbrahim Tatlısəs ilə böyük oğlu Əhməd Tatlısəs arasındakı gərginlik gündən-günə artmaqdadır.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, Əhməd Tatlısəs atası İbrahim Tatlısəsin ruhi sağlamlığı ilə bağlı şübhələr irəli sürərək məhkəməyə qəyyumluq tələbi ilə müraciət etmişdi. Lakin məhkəmə araşdırmalarından sonra məşhur sənətkarın həm zehni, həm də fiziki cəhətdən sağlam olduğu qənaətinə gəlinib və qəyyumluq iddiası təmin edilməyib.
İbrahim Tatlısəs məsələ ilə bağlı vəkili vasitəsilə yazılı açıqlama yayıb. Açıqlamada mediada yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib. Sənətkar qeyd edib ki, ruhi sağlamlığı yerindədir və bütün işlərini özü idarə edir:
“Mənim ruhi sağlamlığım sağlamdır. Öz işimi özüm idarə edirəm. Heç kimin həyatım boyu zəhmətimlə qazandığım sərvəti sorğulamağa haqqı yoxdur”.
Qeyd edək ki, ata-oğul arasındakı bu hüquqi mübahisə ictimaiyyətin də diqqət mərkəzindədir və mövzu ilə bağlı müzakirələr davam edir./sfera.az
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












