Mətanət və bacısı güllələndi - Hadisəni görün kim törədib

Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda azərbaycanlı bacılara qarşı amansız silahlı hücum təşkil edilib.
Avtosfer.az 32gun.az-a istinadən xəbər verir ki ki, hadisə saat 20:00 radələrində Kınıklı məhəlləsi, Şəhid Hekim Munisə Özcan küçəsində qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşı olan 35 yaşlı Mətanət A. 8 yaşlı oğlu və 32 yaşlı bacısı Durna K. ilə birlikdə küçədə park halında olan avtomobilə mindiyi əsnada qorxulu anlar yaşanıb. Bu zaman nəqliyyat vasitəsinə yaxınlaşan və Mətanət A.-nın keçmiş sevgilisi olduğu iddia edilən Sabit Ö. yanında gətirdiyi pompalı tüfənglə avtomobilə ard-arda atəş açıb.
Ətrafdakı şahidlərin xəbər verməsi üzərinə hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Silahlı hücum nəticəsində ayaqlarından xəsarət alan azərbaycanlı Mətanət A. və qolundan yaralanan bacısı Durna K. hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımla Pamukkale Universiteti Xəstəxanasına çatdırılıb. Xəstəxanada müalicə altına alınan hər iki bacının həyati təhlükəsinin olmadığı bildirilib, xoşbəxtlikdən avtomobildə olan 8 yaşlı uşaq isə hadisədən xəsarət almadan xilas olub. Hadisədən sonra dərhal qaçaraq uzaqlaşan şübhəli Sabit Ö.-nün yaxalanması üçün polis qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri başladılıb və faktla bağlı araşdırmalar davam edir.
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB












