"Misir Mərdanov məndən 1,7 milyon alıb" - Sabiq rektorun məhkəməsi

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayət verilib.
Avtosfer.az xəbər verir ki, Abdullayevin müdafiəçiləri ittihamları əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini, onun bu ittihamlara münasibətinin öyrənilmədiyini qeyd edib.
Müdafiəçilər Elşad Abdullayev barəsində qiyabi hökmün ləğv edilməsini, ona bəraət verilməsini məhkəmədən xahiş ediblər.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar olduğu kimi saxlanılıb.
Maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtilə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb.
Belə ki, Elşad Abdullayev Nəriman Ağayevə Azərbaycan Beynəlxalq Universitetinin idman kompleksinin sökülməməsindən ötrü oradan salınması nəzərdə tutulan Bakı metropoliteninin yeni tikiləcək xəttinin kənardan keçirilməsi və ABU-ya tələbə qəbulu üçün plan yerlərinin alınması məqsədilə 500.000 manat verib. Nəriman Ağayev vəd etdiyi məsələni həll etmədikdə, həmçinin aldığı pulu qaytarmaqdan imtina etdikdə bununla bağlı onların arasında mübahisələr yaranıb. Nəriman Ağayev isə danışıq zamanı Elşaddan evin sənədlərinin düzəldilməsi və həmin evin qarşısındakı torpaq sahəsinin alınması üçün 130.000 ABŞ dolları, tələbə qəbulu üçün əlavə plan yerinin ayrılması məsələsinin guya həll edəcəyi məqsədilə 500.000 manatı götürməsini etiraf edib:
Nəriman: Bunun məsuliyyəti də var.
Elşad Abdullayev: Ə, sən zarafat eləyirsən?! Mən zarafat eləmirəm, mən ciddiyəm bu məsələdə. Nəriman, nə olub sənə, canın pisləşib, nədir?
Nəriman: Qurtarırıq, inşallah.
E.A: Yox e, pullarım hanı?
Bu zaman bir nəfər bir qara rəngli diplomat gətirir və masa üzərinə Elşad Abdullayevin qarşısına qoyur.
E.A: Bunu saymağa ehtiyac var?
Nəriman: Yox.
E.A: Ged denən TQDK-dən planın kopiyasını al, gətir, 250 də verirəm.
Nəriman: Bunlar belə dedilər, onda az verək, mən burdan bir dənə iki dənə, heç kimə verən deyiləm. Bu bir, mən buna cavab verirəm, halım da yoxdur. Danışmışıq.
E.A: Deyirəm, verəcəm sənə, məndən alarsan. Sənə sən öl demirəm, öz canım üçün. Misir (Misir Mərdanov- red) məndən plana görə 1 milyon alıb, 700.000 də keçən ildən borcludur. 1.700.000 plana görə Misirdədir.
Qeyd edək ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.(teleqraf)
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO
Təmirə bağlanan yolda qəza; sürücü avtomobili betona çırpdı - VİDEO
Polis əməliyyat keçirdi - 153 nəfər saxlanıldı
Aydan "gətirdiyi" daşları satan saxta astronavt həbs edildi
Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı - VİDEO
Marşrut avtobusu ilə “Jek” işçisini vurub öldürdü
Abşeronda axtarışda olan 17 nəfər saxlanıldı, xuliqanlıq edən 8 sürücü tutuldu - FOTO - VİDEO








