Müştəri taksidən düşmək istəmədi - Maşını polis şöbəsinə sürdü

Zaqatala rayonunda maraqlı hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, “Bolt” tətbiqi vasitəsilə sifariş etdiyi taksiyə minən 38 yaşlı kişi məhkəməlik olub.
Belə ki, Zaqatalanın Qazangül qəsəbəsində yaşayan və Ağdamdan keçmiş məcburi köçkün olan E.Quliyev sərxoş halda taksi sifariş edib və yaşadığı evə getmək istəyib. O, çağırışa gələn taksiyə mindikdən sonra yolda sürücü ilə mübahisə edib.
Mübahisənin artdığını və sərnişinin sərxoş olduğunu görən sürücü maşını saxlayaraq ondan nəqliyyat vasitəsini tərk etməsini tələb edib. Lakin E.Quliyev taksidən düşməyib. Bunu görən sürücü avtomobili birbaşa Zaqatala Rayon Polis Şöbəsinin qarşısına sürüb. Orada maşından düşməyə məcbur olan şəxs mübahisəyə davam edib, uca səslə söyüş söyərək xuliqanlıq edib.
Polis əməkdaşları həmin şəxs barəsində inzibati protokol tərtib edərək onu rayon məhkəməsinə göndəriblər.
Zaqatala Rayon Məhkəməsinin qərarı ilə E.Quliyev 50 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.(Qafqazinfo)
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












